Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm

İDMAN 04 may 2024, 23:53

Oyunçulardan razı qaldım. Onları "Neftçi"yə qarşı o qədər də çox motivasiya etmirəm.

"Report" xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXXIII turunda "Neftçi" ilə qarşılaşmadan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis 5:0 hesablı qələbə qazandıqları görüşlə bağlı bunları söyləyib: "Oyunçulardan razı qaldım. Amma daha yaxşı ola bilərdik. Bəzi səhvlərimiz oldu. Bəlkə də mən "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm. Çünki onlar bu cür matçlara fərqli yanaşırlar. Məğlubiyyətə baxmayaraq, "ağ-qaralar" böyük klubdur. Hər bir komandanın eniş dövrü olur. Biz də buna hazırlaşmalıyıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 may 2024, 11:45
Top