Şəkidə 2 nəfərin güllələnərək öldürülməsinin təfərrüatı — FOTO

KRİMİNAL 04 may 2024, 20:30

Şəkinin Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlu güllələnərək qətlə yetirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisənin otlaq sahəsinə görə baş verməsi məlum olub.

Belə ki, 1965-ci il təvəllüdlü Namik Məmmədov torpaq sahəsində mal qara otarmaqda günahlandırdığı Azər Sədiyevlə mübahisə edib. Mübahisəyə onların həmkəndlisi İsrafil Məmmədsoy da qoşulub. Yaranmış münaqişə səbəbindən Namik həmkəndlilərini güllələyərək öldürüb. Qətlə yetirilən şəxslərdən İ.Məmmədsoy Baş Şabalıd kəndində yerləşən tibb məntəqəsinin müdiri vəzifəsində çalışırmış. Hadisədən sonra Namik Məmmədov özünə xəsarət yetirib və xəstəxanaya çatdırılıb.

Qətlə yetirilən şəxslərdən İsrafil Məmmədsoyun fotosunu təqdim edirik.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 may 2024, 11:45
Top