3 saylı Cəbrayıl qaçqın düşərgəsində intihar hadisəsi baş verib

Bu gün 3 saylı Cəbrayıl qaçqın düşərgəsində 68 yaşlı kişi özünü asaraq intihar edib.

 

Demokrat.Az xəbər verir ki, apa-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli və Biləsuvar rayonlarının inzibati sərhədində yerləşən 3 saylı Cəbrayıl qaçqın düşərgəsində intihar hadisəsi baş verib.

 

Həmin düşərgəyə oğlugilə qonaq gələn 1950-ci il təvəllüdlü Cəbrayıl rayon sakini, Quliyev Sahib İmanqulu oğlu özünü həyətdəki ağacdan asaraq intihar edib. Səhər saatlarında onu asılmış vəziyyətdə yaxınları aşkar ediblər.

 

İntiharın hansı səbəblərdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır.

 

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır

1 İyul 2018, 14:03   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß