"TikTok"un Azərbaycan seqmentində yeniliklərlə bağlı RƏSMİ AÇIQLAMA

SOSİAL MEDİA 20 mar 2024, 16:27
TikTok Azərbaycan seqmentində yeni şərtlərlə bağlı məlumatları təkzib edib.

Demokrat.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq şirkətdən məlumat verilib.

"Yeni şərtlərlə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir", - şirkətdən deyilib.

Qeyd edək ki, bundan əvvəl TikTok-un Azərbaycan seqmentində yeni şərtlərin olacağı bildirilib. Belə ki, sosial şəbəkədə qeydiyyat şəxsiyyət vəsiqəsi vasitəsilə həyata keçiriləcək və TikTok istifadəçisinin hesabına daxil olan jetonlar vergi ödənilməklə rəsmi olaraq çıxarıla bilər.

Bundan əlavə, milli dəyərlərə zidd olan məzmunun bloklanacağı qeyd edilib. Qeyri-adekvat davranan istifadəçilər xüsusi nəzarətə götürüləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top