"Bolmart"da partlayış baş verdi - Bir nəfər yandı

HADİSƏ 01 iyn 2019, 13:11

Gəncədə marketlərdən birində partlayış baş verib. 

 

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə hadisə Şah İsmayıl Xətair prospektində yerləşən "Bolmart"da baş verib.

 

Nəticədə marketdə kürəçi işləyən 1987 ci il təvəllüdlü Məmmədov İman Namiq oğlu ağır yanıq xəsarətləri alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyi ehtimal edilir.

 

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin rəsmiləri eləcə də polis əməkdaşları cəlb olunub.

 

Təfərrüatlar araşdırılır.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top