Yeni ailə quran gəlin intihar etdi

HADİSƏ 14 apr 2019, 15:50

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.


Demokrat.az xəbər verir ki, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. 


Bir neçə ay öncə rayonun Qaraqaya kəndindən İvanovka kəndinə gəlin köçən 2001-ci il təvəllüdlü Mahirə Hüseynova yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. 


Gənc qadının özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil. İlkin ehtimala görə M.Hüseynova ailə münaqişəsi zamanı əsəbləşərək intihar edib.


Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(ONA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top