Sosial

Salyanda Vətən Müharibəsi şəhidinin məzarı ziyarət olundu — FOTOLAR

Salyanda Vətən Müharibəsi şəhidinin məzarı ziyarət olundu — FOTOLAR

15 yanvar Vətən Müharibəsi şəhidi baş leytenant Əlisahib Selman oğlu Ələkbərovun cənnətdə doğum günüdür.

Demokrat.az xəbər verir ki, bu münasibətlə Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları, 60 saylı Salyan-Neftçala seçki dairəsinin deputatı Fəzail Ağamalının köməkçisi, Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının Gənclər Birliyinin sədri, Salyan rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid valideynləri Piratman Gəncəli kəndində Vətən Müharibəsi Şəhidinin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Daha sonra Piratman Gəncəli kənd qəbiristanlığında Vətən Müharibəsi şəhidi Baş leytenant Əlisahib Selman oğlu Ələkbərovun məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Demokrat.az

D
demokrat.az