Gündəm

Politoloq: “KTMT-nin Qazaxıstandan çıxması heç də Rusiyanın Qərbə mesajı kimi dəyərləndirilməməlidir”

Politoloq: “KTMT-nin Qazaxıstandan çıxması heç də Rusiyanın Qərbə mesajı kimi dəyərləndirilməməlidir”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan, Tacikistan və Qırğızıstandan ibarət sülhməramlılarının bölmələri Qazaxıstanın Almatı şəhərini tərk edərək daimi dislokasiya yerlərinə doğru yola düşüb.

Bəs bundan sonra Qazaxıstanda hansı proseslər yaşana bilər?

Suallımızı cavablandıran politoloq İlqar Vəlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda Qazaxıstanda nisbi sakitlikdir. Politoloq qeyd edib ki, etirazların nəticələri göstərdi ki, sadə insanlar bir daha bu hadisələrin yenidən təkrarlanmasını çətin ki, istəsin:

Politoloq: “KTMT-nin Qazaxıstandan çıxması heç də Rusiyanın Qərbə mesajı kimi dəyərləndirilməməlidir”

“Çünki əziyyət çəkən də sadə insanlardır. Almatıda bir neçə gün ümumiyyətlə mağazalar işləmədi və nəticədə qırtlıq yaranmışdı. Bir milyon yarımdan çox əhalisi olan bir şəhər üçün bu əlbəttə ki, böyük problem idi. Digər şəhərlərdə də problemlər, məhdudiyyətlər vardı. İşə gedib- gəlmək məsələsində də xeyli çətinliklər yaşanırdı. Rəsmi məlumatlara görə, bu hadisələr zamanı Qazaxıstan təxminən 2-3 milyard dollar həcmində zərər çəkib. Hadisələr əslində onu göstərdi ki, iğtişaşlar və onların nəticələri heç də sadə insanların xeyirinə olmadı. Digər tərəfdən, hələ də hökumətdən gözləntilər var. Gözləntilər isə ondan ibarətdir ki, orada sosial, iqtisadi vəziyyət sabitləşməli, yaxşılaşmalıdır. Bu və ya digər şəkildə prezidentləri vəd etmişdir ki, sosial paketlə məşğul olacaqlar, iqtisadi reformalar keçirəcəklər. Burada, hətta biznesmenlərə, oliqarxlara açıq çağırışlar edildi ki, əldə edilən vəsaitlərin bir hissəsini dövlətə qaytarsınlar, sosial məqsədlərə ünvanlandırsınlar. Yəni, bunlarla bağlı çağırışlar, gözləntilər var. Yəqin ki, heç olmasa yaxın vaxtlarda bunlar reallaşacaq, insanların güzəranı bu və ya digər şəkildə yaxşılaşacaq. Qazaxıstan hökumətindən bu istiqamətdə müəyyən müsbət tendensiyalar gözləmək olar”.

Politoloq qeyd edib ki, KTMT-nin Qazaxıstandan çıxmasını heç də Rusiyanın Qərbə mesajı kimi dəyərləndirilməməlidir:

“Hesab edirəm ki, Qərb hər halda hadisələrin bu inkişafını dəstəkləyir, çünki atılan addım əslində daxili auditoriya üçün idi. Mesaj ondan ibarət idi ki, əgər öz problemlərimizi özümüz həll etməliyiksə, onda səfərbər olmalıyıq və bu problemləri həll etməliyik. Onda ehtiyac qalmayacaq ki, digər qüvvələri dəvət edək. Qərb hansı ölçü götürüb bu addımdan deyə bilmərəm. Amma problem ondadır ki, Qazaxıstanda təhlükə hələ də var. Təhlükə nə qədər varsa, bu cür addımların olması da qaçılmazdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az