Dünya

Sabahdan KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılmasına başlanılacaq

Sabahdan KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılmasına başlanılacaq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları sabahdan başlayaraq Qazaxıstandan çıxarılacaq.

Demokrat.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

Dövlət başçısı bildirib ki, sülhmaramlıların ölkədən çıxarılmasına yanvarın 13-də start veriləcək.

O, ölkədə vəziyyətin sabitləşdirilməsində mühüm rol oynayan sülhməramlıların missiyasını çox uğurlu kimi qiymətləndirib.(report.az)

D
demokrat.az