Gündəm

Sayğacların sıfırlanması ilə bağlı “Azəriqaz”dan daha bir AÇIQLAMA

Sayğacların sıfırlanması ilə bağlı “Azəriqaz”dan daha bir AÇIQLAMA

Məlum olduğu kimi, mexaniki qaz sayğaclarından istifadə edən “Azəriqaz” abonentləri üçün güzəştli limit bu il yanvar ayının 1-dən etibarən sıfırlanmalı idi.

Bununla bağlı qurumdan bir neçə gün əvvəl Demokrat.az-a bildirilmişdi ki, yanvarın ilk 4 günü bayram gününə düşdüyündən, qaz sayğaclarında göstəricilərin fiziki olaraq oxunuşu yanvar ayının 10-dək davam edəcək.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev saytımıza açıqlamasında bu prosesin artıq yekunlaşdığını bildirdi:

Sayğacların sıfırlanması ilə bağlı “Azəriqaz”dan daha bir AÇIQLAMA

“Qeyd edim ki, mexaniki sayğaclarda sıfırlanma prosesi artıq yekunlaşıb. Belə ki, yanvar ayının sonunda aylıq sərfiyyatla bağlı bildiriş gəldikdə, vətəndaşlarımız 1200 kubmetrə qədər istehlak etdikləri mavi yanacağın hər kubmetrinə görə 12 qəpik ödəyəcəklər. Onu da diqqətinizə çatdırım ki, SMART tipli sayğaclarda bu proses dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən etibarən avtomatik sıfırlanıb. Buna görə də, heç bir narahatlığa əsas yoxdur. Sayğac göstəriciləri ilə bağlı abonentlər də şəkil çəkib göndərmişdilər ki, bu da prosesin sürətlənməsinə, daha çevik həyata keçməsinə kömək oldu. Qeyd edim ki, “Azəriqaz”ın əməkdaşları da bu prosesi dekabrın 31-dən ünvanlı şəkildə icra ediblər. Qaynar xəttimizlə bağlı məsələyə gəlincə, ola bilər ki, bəzi abonentlər düşə bilib, bəziləri yox. Bu hallar ola bilir və xidmətidir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az