Gündəm

"Türk Hava Yolları" Qazaxıstandan təxliyə uçuşu həyata keçirəcək

Türk Hava Yolları Qazaxıstandan təxliyə uçuşu həyata keçirəcək

Türkiyənin milli aviadaşıyıcısı "Türk Hava Yolları" yanvarın 8-də Qazaxıstandan 75 nəfərlik təxliyə reysi həyata keçirəcək.

"Qazaxıstanda baş verən xoşagəlməz hadisələrlə əlaqədar olaraq aviaşirkətimizin uçuşları yanvarın 9-dək dayandırılıb. Bununla əlaqədar yanvarın 8-də "Türk Hava Yolları" və digər aviaşirkətlərin əməkdaşları da daxil olmaqla 75 nəfərin çıxarılması üçün xüsusi reys təşkil olunacaq", - məlumatda deyilir.

Demokrat.az

D
demokrat.az