30 ilə yaxın işğal altında qalan torpaqlarımız 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbəmizlə düşməndən azad olundu. Məlumdur ki, bu müharibədə üç minə yaxın şəhid verdik, minlərlə vətəndaşımız qazi statusu qazandı. Həm birinci, həm də ikinci Qarabağ müharibəsindən sonra qazilərin və şəhid ailələrinin cəmiyyətdə statusu daha da möhkəmləndi. Bu gün bizi ağrıdan bir məsələ də var ki, ondan yan keçmək olmur. Bizim şəhidlərimiz ölümə gedərkən, qazilərimiz hücuma atılarkən nə həlak olacaqlarını, nə də əlil qalacaqlarını düşünməyiblər. Lakin çox təəssüf ki, bu gün şəhid ailəsi, qazi adından sui-istifadə hallarına rast gəlinir. Bəzilərinin bu müqəddəs dəyərlərə xas olmayan əməllər törətdiyini görəndə insan təəssüflənir. Bəs, bu şəxslərlə necə mübarizə aparılmalıdır?
Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlamasında vurğulayıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi qələbənin əldə edilməsində şəhidlərimiz öz canını fəda edib, qazilərimiz öz sağlamlıqlarını bu müqəddəs missiya uğrunda mübarizədə qoyublar. Ona görə də biz ömürboyu şəhidlərimizə minnətdarıq, onların müqəddəs ruhları qarşısında baş əyirik, hər zaman da qazilərimizin yanında olmalıyıq, onlara dəstək olmalıyıq: 
“Təəssüflə qeyd edirəm ki, bu gün qazi adına ləkə gətirən saxta qazilər var. Hansı ki, onlar heç yerdə döyüşməyiblər, sadəcə hərbi geyimlər geyinirlər, amma araşdırıldıqda məlum olur ki, onların Vətən müharibəsində heç bir iştirakı olmayıb. Belə adamlar qazilərimizə hörmətsizlik edirlər, onların xidmətini ucuzlaşdırırlar. Belə insanlar tez bir zamanda aşkar edilməli və onlara uyğun müstəvidə cəza verilməlidir. Bizim hörmətli qazilərimiz də belə məsələlərdə ayıq-sayıq olmalıdırlar. Çünki Vətən müharibəsi yolunu keçmiş döyüşçülərimiz, Vətən müharibəsi veteranlarımız, qazilərimiz bir-birini gözəl tanıyır. Kimlərsə bu addan istifadə etmək istəyir, gah hərbçi geyimi geyinməklə, gah özlərini qazi kimi təqdim etməklə. Hesab edirəm ki, onlar hüququn ən sərt dili ilə cəzalanmalıdırlar. Belə məsələlərdə təbii ki, hüquq-mühafizə orqanlarının da üzərinə məsuliyyət düşür, eyni zamanda ictimai nəzarətində rolunu xüsusi qeyd etmək lazımdır”. Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, qanun həqiqi hərbi xidmətdən təxris olunan hərbi qulluqçuların hansı hallarda hərbi geyim formaları daşıya biləcəyini konkret olaraq müəyyənləşdirib. Ekspert qeyd edib ki, müddətdən hərbi xidmətdən təxris olunan heyət bu geyim formasını daşıya bilməz və qanun bunun üçün kifayət qədər yüksək məbləğdə cərimələr nəzərdə tutur: 
Aynurə Pənahqızı Demokrat.az


