Dünya

Tacikistan və Qırğızıstan da Qazaxıstana sülhməramlı göndərir

Tacikistan və Qırğızıstan da Qazaxıstana sülhməramlı göndərir

Tacikistan parlamenti ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkibində Qazaxıstana sülhməramlı taborun göndərilməsi haqqında qərar qəbul edib.

Demokrat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bir müddət əvvəl Tacikistanın Müdafiə Nazirliyi Qazaxıstana 200 nəfərdən ibarət sülhməramlı göndərməyə hazır olduğunu bildirmişdi.

Qırğız Respublıikasının parlamenti də Qazaxıstana sülhməramlı kontingent göndərilməsinə dair qərar qəbul edib. Qırğızıstan bu məqsədlə qonşu dövlətə 150 hərbçi göndərəcək.

Qeyd edək ki, KTMT çərçivəsində Qazaxıstana 2 500 hərbçi göndəriləcək.(report.az)

D
demokrat.az