Hadisə

Paytaxtda gənc oğlan və qız dəm qazından zəhərləndilər

Paytaxtda gənc oğlan və qız dəm qazından zəhərləndilər

Bakıda zəhərlənmə hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Sabunçu qəsəbəsində 1995-ci il təvəllüdlü Məmmədov Fərhad Teyyüb oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

Digər hadisə Xətai rayonunda qeydə alınıb. Nobel prospektində 2003-cü il təvəllüdlü İsmayılova Fidan Ramiz qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisələrin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az