Gündəm

AZAL Almatıya reysləri ləğv etdi

AZAL Almatıya reysləri ləğv etdi

AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir.

Bu barədı AZAL-dan məlumat verilib.

Bildirilib ki, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.

Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.

Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.

Demokrat.az

D
demokrat.az