Gündəm

“Azəriqaz” rəsmisi: “Ayın 10-da sıfırlanma prosesi konkret olaraq bitəcək”

“Azəriqaz” rəsmisi: “Ayın 10-da sıfırlanma prosesi konkret olaraq bitəcək”

“Azəriqaz” İstehsalat Birliyi dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən etibarən artıq sıfırlanma prosesinə start verib.

Bunu Demokrat.az-a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

Qurum rəsmisi bildirib ki, yanvarın 4-nə olan statistik məlumata görə, sayğaclarını çəkib bizim 0773104104 vatsap nömrəmizə göndərən abonentlərin sayı 104 mini ötüb:

“Yəni, artıq bu gün bu rəqəm 130 min civarında olar. Eləcə də, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları da paralel olaraq ünvanlarda limitin sıfırlanması prosesini həyata keçirir. Yanvarın 4-nə olan məlumata görə, sıfırlanma prosesi 65 faizin üzərində idi. Qeyd edim ki, artıq bir neçə gün keçib və bəzi vətəndaşlarımız yenə də köhnə qayda ilə sərfiyyatlarını edirlər. Bu məsələdə heç bir narahatçılıq yoxdur. Çünki “Azəriqaz” İstehsalat Birliyi hər ayın 10-dan 10-na sıfırlanma prosesini qəbul edir. Yəni, vətəndaşın bir ili - 365 günü qətiyyən bada verilmir, yəni 365 günə dəyilmir. Əgər bu ayın 10-na qədər sıfırlanma prosesi tam olaraq həyata keçəcəksə, növbəti ilin yanvarın 10-na qədər də sıfırlanma prosesi bitəcək. Yəni, ayın 1-dən 1-nə götürdün, 5-dən 5-ə götürdün burada heç bir fərq yoxdur. Söhbət burada vətəndaşın bir ilindən, yəni 365 günündən gedir, hansı ki, bu günə toxunulmur və ixtiyar yoxdur. Ayın 10-da sıfırlanma prosesi konkret olaraq bitəcək. Bu, qaydadır, yəni vətəndaşın burada itirəcək heç bir şeyi yoxdur, açıq aydın şəkildə də bildirmək istəyirəm ki, heç kim narahat olmasın. Vətəndaşın bir ili tam qorunur”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az