Sosial

29 yaşlı qadın dəm qazından zəhərləndi

29 yaşlı qadın dəm qazından zəhərləndi

Kürdəmir sakini dəm qazından zəhərlənib.

“Report” xəbər verir ki, hadisə rayonun 69-cu məhəllə adlanan ərazisində baş verib. Belə ki, 29 yaşlı Qədirova Şəfa Arif qızı hamamda dəm qazından zəhərlənib.

O, yaxınları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

D
demokrat.az