Hadisə

Saatlıda yol qəzasında iki nəfər xəsarət aldı

Saatlıda yol qəzasında iki nəfər xəsarət aldı

Saatlıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sarıcalar kəndində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması zamanı kənd sakini, 1976-cı il təvəllüdlü Kazımova Mədinə Səməd qızı və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) yüngül xəsarət alıb. M.Kazımova Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az