“Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bayram günlərində gücləndirilmiş rejimdə xidmət aparacaq.”
Bunu Demokrat.az-a açıqlamasında İdarənin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli deyib. O, bildirib ki, DYP bu müddət ərzində küçə və yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün yollarda da nəzarəti gücləndirəcək.
“Təhlillər göstərir ki, bayram ərəfəsində və bayram günlərində qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin yorğun və yuxusuz vəziyyətdə nəqliyyat vasitələrini idarə etmələri, habelə mövsümi hava şəraitini nəzərə almamaları səbəbindən baş verir. Belə qəzaların qarşısının alınması və hər bir hərəkət iştirakçısının mənzil başına sağ-salamat çatması, eləcə də bayramın xoş əhval ruhiyyə ilə keçirilməsi üçün yol polisi bütün hərəkət iştirakçılarını küçə və yollarda son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə dəvət edir.”
Demokrat.az


