Medianın İnkişafı Agentliyi jurnalistlərin Şuşaya təşkil etdiyi səfərində ilk imza atıb.
Demokrat.az xəbər verir ki, səfər heyətinə Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərov da daxil edilib. Ceyhun Əsgərovun bu səfərlə həm də anası Salatın Əsgərovanın şəhid olduğu torpaqları görmək imkanı olub.
Salatın Əsgərova I Qarabağ müharibəsində - 1991-ci ildə Laçından Şuşaya gedərkən Qaladərəsi kəndi yaxınlığında erməni əsgərlər tərəfindən qətlə yetirilib.
Şuşaya səfər etmək, o müqəddəs torpaqları görmək Salatın Əsgərovanın yeganə yadigarı olan Ceyhun Əsgərovun da ən böyük haqqı idi və MEDİA bunu gerçəkləşdi.
Milli Qəhrəmanımız Salatın Əsgərovaya və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Yəqin ki, indi Salatın Əsgərovanın da, bütün şəhidlərimizin də ruhu şaddır. Çünki artıq Şuşa və bütün torpaqlarımız düşməndən azad edilib.
Aysel Ağazadə Demokrat.az


