Dünya

Bu ölkədə açıq havada maska taxmaq məcburi oldu

Bu ölkədə açıq havada maska taxmaq məcburi oldu

Fransa hökuməti ölkədə “Omikron”un yayılması fonunda SARS-CoV-2 virusuna qarşı tədbirləri gücləndirir.

Belə ki, yanvarın üçündən qapalı keçirilən kütləvi tədbirlərdə iştirakçıların sayı 2 000-dən, açıq havada təşkil edilən tədbirlərdəisə 5 000 nəfərdən çox olmamalıdır.

Bu göstəriş üç həftə qüvvədə olacaq.

Sahibkarlar işçilərin evdən fəaliyyət göstərməsinə şərait yaratmağa borcludur.

Bundan əlavə, Baş nazir Jan Kasteksin göstərişinə əsasən, şəhər mərkəzlərində açıq havada qoruyucu maskaların taxılması məcburidir.

D
demokrat.az