Sosial

Poliklinikaların vitamin komplekslərini verməməsi ilə bağlı iddialara münasibət

Poliklinikaların vitamin komplekslərini verməməsi ilə bağlı iddialara münasibət

Koronavirus evdə spesifik dərmanlarla müalicə olunmur. Koronavirus yalnız xəstəxana şəraitində müalicə olunur.

Bunu unu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib.

O bildirb ki, evdə müalicə yoxdur, evdə dəstək var. Həmin dəstək vitaminlər, mikroelementlər kompleksidir.

T.Musayev evdə müalicə alan şəxslərin poliklinikalar tərəfindən vitamin komplekslərinin verilməməsi ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib: “Bu məlumatlar varsa, nazirliyə məlumat verilsin. Bu komplekslərin sadəcə imtiyazlı ailələrə verilməsi ilə bağlı fikir yanlışdır”.

D
demokrat.az