Gündəm

Deputat: “Onlar bilməlidirlər ki, biz torpaqlarımıza uzanan çox əlləri kəsmişik”

Deputat: “Onlar bilməlidirlər ki, biz torpaqlarımıza uzanan çox əlləri kəsmişik”

Fransa prezidentliyinə namizəd Valeri Pekresslə birlikdə bu ölkənin keçmiş xarici işlər naziri Mişel Barnye və Senatdakı respublikaçıların fraksiya rəhbəri Brüno Retayo da Azərbaycanın Xankəndi şəhərinə gəliblər. Onların burada fəaliyyət göstərən “frankofoniya mərkəzi”nin qarşısında çəkdirdikləri fotolar sosial şəbəkələr vasitəsilə yayılıb. Qarabağdakı bir ovuc separatçıdan artıq Ermənistanın rəsmi hakimiyyətinin də imtina etdiyi bir dövrdə Fransa siyasətinin üzdə olan simalarının Xankəndiyə oğurluq səfərləri nə məqsəd daşıyır?

Suallımızı cavablandıran Milli Məclisin deputatı Elnur Allahverdiyev Demokrat.az-a açıqlmasında bildirib ki, Fransa gizlətmədən ermənipərəst siyasət yürüdür. Deputat qeyd edib ki, Fransa həm prezident, həm parlament səviyyəsində aşkar şəkildə Ermənistanı müdafiə edir, dayaq durur:

“Fransa Vətən müharibəsi nəticəsində bölgədə mövqelərini və təsir rıçaqlarını itirdiyindən və bunu sivil yolla qaytara bilmədiyindən bütün siyasi etiketləri tapdaq altına atmaq yolunu tutub. Siyasətçiləri və vətəndaşları suveren dövlətin – Azərbaycanın sərhədlərini kobudcasına pozaraq ərazimizə daxil olub, buradakı cinayətkar xuntaya dəstək göstərirlər. Amma bilməlidirlər ki, biz torpaqlarımıza uzanan çox əlləri kəsmişik. İl yarım bundan əvvəl işğal altında olan yurdumuz düşmən tapdağı altında idi, indi hər güşəsində üçrəngli bayrağımız dalğalanır. Dünyanın hansı ölkəsindən kim olursa olsun, eyni aqibəti yaşamağa məhkumdur və yaşayacaq!”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az