İdman

Azərbaycanlı futbolçu Ukrayna klubundan ayrıldı

Azərbaycanlı futbolçu Ukrayna klubundan ayrıldı

Azərbaycan millisində çıxış etmiş futbolçu Pavel Paşayev Ukraynanın "VPK-Arqo" klubundan ayrılıb.

"Report" yerli "Meta-ratings" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi mövsümün sonunadək I liqa təmsilçisində (səviyyəcə ikinci) qalmaq təklifini geri çevirib.

Paşayevin karyerasını Ukraynadan kənarda davam etdirmək istədiyi bildirilib.

Qeyd edək ki, Pavel Paşayev "VPK-Arqo"ya sentyabrda keçib. O, daha əvvəl "Aleksandriya"nın formasını geyinib. Müdafiəçi 2015 - 2020-ci illərdə Azərbaycan millisinə dəvət alıb.

Demokrat.az

D
demokrat.az