Dünya

Polis II Yelizavetanın iqamətgahına silahlı hücumun qarşısını aldı

Polis II Yelizavetanın iqamətgahına silahlı hücumun qarşısını aldı

Polis əməkdaşları şənbə günü, dekabrın 25-də, Böyük Britaniya kraliçası II Yelizavetanın Milad bayramını qeyd etdiyi Vindzor sarayı ərazisinə soxulmuş silahlı şəxsi saxlayıblar.

Bu barədə TASS Britaniya hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.

Bildirilir ki, adı açıqlanmayan Sauthemptondan olan 19 yaşlı gəncin nəzarətə götürülüb.

“Bu şəxs mühafizə olunan obyektə qanunsuz daxil olmaqda və hərbi silah saxlamaqda şübhəli bilinərək həbs edilib. Hazırda o, həbsdədir”, - deyə polisin açıqlamasında bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, həmin şəxs Vindzor sarayı ərazisinə keçib, lakin o, iqamətgahın heç bir binasına daxil ola bilməyib. Hadisə ilə bağlı kral ailəsinə məlumat verilib.

Ardıcıl iolaraq kinci ildir ki, kraliça II Yelizaveta İngiltərənin şərqindəki Sandrinqem kral mülkünə ənənəvi səfərindən imtina edərək, pandemiya şəraitinə görə Milad bayramını Vindzorda keçirir.

D
demokrat.az