Gündəm

Deputat: “Media mütəxəssislərinin bu qanunda iştirakı gözəl təşəbbüsdür”

Deputat: “Media mütəxəssislərinin bu qanunda iştirakı gözəl təşəbbüsdür”

“Media haqqında” yeni qanunun hazırlanması hazırki mərhələdə mediamızın inkişafı baxımından olduqca aktual idi.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, bu gün media institutu ən dinamik inkişaf edən institutlardan biridir:

“Hazırki mərhələdə isə informasiya kontekstində mühüm strateji əhəmiyyət kəsb edir. Ona görə də, bu sahədə ictimai münasibətlərin yeni qaydalarda tənzimlənməsi həm də informasiya təhlükəsizliyi və intizamı baxımından vacib idi. Hər şeydən öncə qeyd etmək lazımdır ki, yeni qanun layihəsi bütün bu tələblərə cavab verən layihə olmaqla, həm də ictimai məsuliyyətin artırılmasına xidmət edəcək. Təqdim olunan layihədə media reyestri, media savadlılığı kimi məsələlərin öz əksini tapması isə mediamızın gələcək inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, media mütəxəssislərinin də bu qanunda iştirakı gözəl təşəbbüs idi”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az