Dünya

"Uşaq Avroviziyası - 2021" mahnı müsabiqəsi başlayıb

Uşaq Avroviziyası - 2021 mahnı müsabiqəsi başlayıb

Bu gün Fransanın paytaxtı Parisdə "Uşaq Avroviziyası - 2021" mahnı müsabiqəsi keçirilir.

Olkəmizi müsabiqədə "One of those days" mahnısı ilə Sona Əzizova təmsil edir.

Müsabiqəyə Azərbaycanla yanaşı, Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri də qatılır.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya Uşaq Mahnı Müsabiqəsi”ndə üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub. Mahnı müsabiqəsində ölkəmiz 3 illik fasilədən sonra təkrar iştirak edir.

D
demokrat.az