İdman

“Zirə”dən ayrılan qapıçının yeni klubu bəlli oldu

“Zirə”dən ayrılan qapıçının yeni klubu bəlli oldu

"Zirə"nin sabiq qapıçısı Mateus Albinonun yeni klubu müəyyənləşib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı qolkiper Braziliya təmsilçisi "Londrina" ilə anlaşıb.

B Seriyasında mübarizə aparan komanda tezliklə Albinonun transferini açıqlayacaq.

Qeyd edək ki, Mateus Albino 2020/2021 mövsümündə "Zirə"nin formasını geyinib. Braziliyalı oyunçu paytaxt klubuna məhz "Londrina"dan keçib.

Demokrat.az

D
demokrat.az