Gündəm

Politoloq: “Paşinyan artıq Brüssel səfərindən sonra vəziyyətin hansı yerdə olduğunu anlayır”

Politoloq: “Paşinyan artıq Brüssel səfərindən sonra vəziyyətin hansı yerdə olduğunu anlayır”

“Azərbaycan və Türkiyə artıq Ermənistanla diplomatik danışıqların pərdəarxasında aparılmasına çalışırlar. Bu məsələdə Ermənistanın özü də səy göstərməyə başlayıb”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Politoloq qeyd edib ki, əvvəllərdə bununla bağlı cəhd olunmuş, hətta 2008-ci ildə İsveçrədə protokol da imzalanmışdır:

Politoloq: “Paşinyan artıq Brüssel səfərindən sonra vəziyyətin hansı yerdə olduğunu anlayır”

“Lakin bu məsələ irəliləyə gedə bilmədi. Çünki həmin dövrdə Ermənistan hakimiyyətində təmsil olunan şəxslər əsas etibarilə “Qarabağ klanı”nın nümayəndələri idi və həmçinin Rusiyaya meyilli qüvvələr idi. Təbii ki, həmin dövrdə Qarabağ işğal altında idi və Ermənistan da heç cür razılığa gəlmək istəmirdi. Ancaq indiki vəziyyətdə ikinci Qarabağdan sonra regionda yeni geosiyasi və geostrateji reallıqların yaranıb. Hesab edirəm ki, bu addımların Türkiyə tərəfindən atılması çox məqsədəuyğundur. Əgər Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi sürətlənərsə, bu, Azərbaycan-Ermənistan münasibətlərinə də təsir edəcək. Həmçinin, Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla orta bir dil tapmasına gətirib çıxaracaq. Paşinyan artıq Brüssel səfərindən sonra vəziyyətin hansı yerdə olduğunu anlayır və vəziyyəti, real durumu dəyərləndirə bilir”.

Politoloq hesab edir ki, əgər münbit şərait yaranarsa, Paşinyan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına başlaya bilər:

“Təbii ki, bu da birbaşa ola bilməz, çünki burada müəyyən şərtlər var. Ermənistan Türkiyə ərazisinə iddiası var, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü tanımır, həmçinin ortada uydurma soyqırım məsələsi var. Bunların hamısını Ermənistan tanıyandan sonra prosesə başlanıla bilər. Hesab edirəm ki, Paşinyanın verdiyi açıqlamalar münasibətlərin normallaşdırılması, stabilliyin təmin olunması baxımından ümidvericidir. Türkiyənin diplomatik addımlarını hesab edirəm ki, yüksək qiymətləndirmək lazımdır. Çünki Türkiyənin bütün addımlarının Azərbaycanla koordinasiyalı atması o deməkdir ki, regionda koordinasiyalı hərəkət var. Bütün bunlar regionda ittifaqın güclənməsinə gətirib çıxaracaq ki, bu da Azərbaycanın maraqları çərçivəsindədir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az