“Əgər Yeni Azərbaycan Partiyası məni parlamentin boş qalan yerlərinə namizəd kimi görmək istəsələr mən böyük məmnuniyyətlə seçkilərdə iştirak edəcəm. Yəni bu qərar artıq partiyanın verəcəyi qərardır”.
Bu sözləriBizim.Media-ya özəl açıqlaması zamanı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoruÇingiz Qənizadəparlamentdə boş qalan dairələrə keçirilən seçkilərin keçirilməsi barədə danışarkın deyib.
O, bildirib ki, 10 il 80 saylı İmişli- Beyləqan seçki dairəsindən millət vəkili olub.
“Mən bu illər ərzində müstəqil deputat kimi fəaliyyət göstərirdim. Lakin son seçkilərdə dairənin nəticələri ləğv olundu. Amma 44 günlük Vətən savaşından dərhal sonra mən cənab Prezident İlham Əliyevə Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilməyim üçün müraciət etdim. Müraciətimə müsbət rəy verildi və mən artıq 1 ildir ki, YAP- ın üzvüyəm”.
Artıq bir ildən çoxdur YAP təmsilçisi olan Ç. Qənizadə bildirir ki, partiya artıq müəyyən məsuliyyət və məhdudiyyətlər yaradır:
“Bizldiyimiz kimi seçkilərin keçirilməsindən 60 gün əvvəl Prezident seçkilərin keçirilməsi barədə sərəncam verir. Mən düşünürəm ki, parlament seçkiləri gələn ilin birinci rübündə yəni mart ayından tez baş tutmayacaq. Ümumiyyətlə, seçkilərin keçirilməsini çox müsbət qiymətləndirirəm, çünki bildiyimiz kimi 5 dariə boşdur, bir dairədən seçilən deputatın isə hazırda məhkəməsi davam edir. Demək olar ki, hazırda təxminən 250-300 min seçicinin parlamentdə nümayəndəsi yoxdur”.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, tezliklə Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi planlaşdırılır.


