Gündəm

Ekspert: “Ermənilərin dəqiq xəritə vermədiyini faktlarla dünya ictimaiyyətinə çatdırmalıyıq”

Ekspert: “Ermənilərin dəqiq xəritə vermədiyini faktlarla dünya ictimaiyyətinə çatdırmalıyıq”

“Ermənistanın verdiyi mina xəritələrin dəqiqliyinin aşağı olması ilk mina xəritəsi təqdim olunandan məlumdur və Azərbaycan bunu ən yüksək səviyyədə qarşı tərəfə bildirib”.

Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib. Ekspertin sözlərinə görə, etiraz olmasına baxmayaraq, bir neçə dəfə də və sonuncuda da eyni hal baş verib:

Ekspert: “Ermənilərin dəqiq xəritə vermədiyini faktlarla dünya ictimaiyyətinə çatdırmalıyıq”

“Məsələ burasındadır ki, biz verilən xəritədən imtina edə bilmərik, çünki qarşı tərəf həmişə olduğu kimi humanitar addım atdığını, bizim isə bunu qəbul etmədiyimizi və hərbi əsirləri geri qaytarmaqdan imtina etdiyimizi dünyaya car çəkəcək. Hətta əsirlər olmasa belə verilən xəritələri qəbul etmək məcburiyyətindəyik. O vaxt imtina edərik ki, ərazilərin minadan təmizlənməsi tamamilə başa çatar. Amma, ermənilərin dəqiq xəritə vermədiyini, humanitar addım adı ilə saxtakarlıq etdiklərini əyani olaraq, faktlarla dünya ictimaiyyətinə çatdırmalıyıq. Ərazilərin minadan təmizlənməsi uzun müddət tələb edir. Yaxşı olar ki, BMT və humanitar beynəlxalq təşkilatların maddi və fiziki yardımı ilə mina təmizləmə əməliyyatına əlavə qüvvələr cəlb olunsun”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az