Bu gün Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları, Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının əməkdaşları, Salyan rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri və Muğanbank ASC-nin Salyan filialının direktoru Salyan rayonunun Vətən Müharibəsi şəhidi, Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Əvəz Mais oğlu Abbasovun məzarını ziyarət ediblər.
Demokrat.az xəbər verir ki, ziyarət zamanı Vətən Müharibəsi şəhidinin məzarına gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Demokrat.az


