Hadisə

Övladını məktəbə aparan ananı maşın vurdu

Övladını məktəbə aparan ananı maşın vurdu

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin N.Gəncəvi prospektində, 6 nömrəli məktəbin yaxınlığında baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Aygül Babayeva övladını məktəbə aparmaq istəyərkən avtomobil vurub. Ana və övladı yaxınlıqdakı xəstəxanaya aparılıb. Hadisə zamanı azyaşlı xəsarət almasa da ana müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Demokrat.az

D
demokrat.az