Hadisə

Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Ağcabədi rayonunda maşın piyadanı vuraraq hadisə yerindən qaçıb.

Hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.

Piyada, 1999-cu il təvəllüdlü Əhmədov İsmayıl Adil oğlu aldığı xəsarətlər səbəbindən Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Polis əməkdaşları hadisəni törədən şəxsin axtarış əməliyyatlarına başlayıb.

Xəsarət alan şəxsin vəziyyətinin ağır olduğu deyilir./APA

D
demokrat.az