Gündəm

Sona Əliyeva: “Bu qanun layihəsi mediada peşəkarlığı daha da artıracaq”

Sona Əliyeva: “Bu qanun layihəsi mediada peşəkarlığı daha da artıracaq”

“Media haqqında yeni qanun layihəsi zamanın tələbidir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Sona Əliyeva deyib. O qeyd edib ki, sonuncu qanun layihəsi 1999-cu ildə qəbul edildiyindən yeni media haqqında yeni qanuna ehtiyac duyulurdu:

Sona Əliyeva: “Bu qanun layihəsi mediada peşəkarlığı daha da artıracaq”

“Yeni qanun layihəsi artıq Milli Məclisin komissiyalarında müzakirələrə çıxarılıb, ictimaiyyətə də təqdim olunub. Fikrimcə, yeni qanun layihəsi bütövlükdə keçirilən media islahatlarının tərkib hissəsidir. Eyni zamanda, yeni qanunun qəbul olunması qarşımızda yeni uğurlara, imkanlara təzə yollar açacaq. Mən buna inanıram. internetin meydana gəlişi bizim üçün bir çox məsələləri ortaya çıxarıb. Bu, ilk növbədə diversifikasiyadır”.

Sona Əliyeva diqqətə çatdırıb ki, yeni tendensiyaları əhatə etmək baxımından bu qanun layihəsi çox yaxşıdır: “Onlayn media və digər məsələlər orada əks olunub. Vahid reyestrin yaradılması məsələsi də çox müsbət haldır. Düşünürəm ki, bu qanun layihəsi mediada peşəkarlığı daha da artıracaq. Eləcə də yeni qanunda vahid jurnalist kartlarının təqdim olunması məsələsi yer alır. Düşünürəm ki, bu nüans ciddi mətbuatla qeyri-ciddi mətbuatın ayırd edilməsi baxımından çox önəmlidir. Ümumiyyətlə, jurnalistika fəaliyyətinin dislokasiyasını özündə müəyyən edən sənəddir.Layihədə nəzərdə tutulan ən önəmli məqamlardan biri də freelancer-sərbəst çalışan jurnalistlərin hüquqlarının tanınmasıdır. Onlayn medianın inkişafı sərbəst çalışan jurnalistlərin kəmiyyətini artırmaqdadır. Buna baxmayaraq, indiyədək onların hüquqları demək olar ki, tanınmırdı. Yeni qanun bu problemi də aradan qaldırır. Bunun özü də çox müsbət tendensiyadır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az