“Bir ildən çoxdur ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuzun bizə qazandırdığı qələbəni yaşayırırq. Bu dövr ərzində başımızı uca tutub, siyasi meydanlarda qazandığımız uğurlu siyasətimizlə qələbəmizi möhkəmləndiririk”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili vurğulayıb ki, düz bir il bundan əvvəl Azərbaycan xalqı 10 dekabr tarixində Azadlıq Meydanında qələbəmizin rəmzi olan Zəfər paradını keçirdi:
“Paradda qalib ordumuzun hərbi gücünü və darmadağın edilmiş erməni ordusunun texnikalarını nümayiş etdirildi. Qeyd edim ki, müharibəyə qədər ermənilər öz ordusu haqqında məğlubedilməz mifini yaratmışdılar. Lakin, 44 günlük müharibə ermənilərin bütün arzularını sadəcə xülya olduğunu sübut etdi. Paradda hərbi texnikanın keçidindən də bütün dünyaya məlum oldu ki, Azərbaycanın rəşadətli ordusu nəyə qadirdir”.
Deputat Zəfər paradının həm də müəyyən dairələrə bir mesaj olduğunu diqqətə çatdırdı: “İlk növbədə Türkiyə Prezidentinin cənab Prezident İlham Əliyevlə çiyin-çiyinə dayanması və paradı qəbul etməsi, ölkələrimizin qardaşlığının və gücünün nümayişi idi. Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsinin ilk günündə Türkiyə Prezidentinin hər cürə dəstəklə "Azərbaycanın yanındayıq" deməsi və sonra da hərbi paradda bir yerdə olmağımız təbii ki, gücümüzə güc qatdı. Bu da haqq işimizə kölgə salmaq istəyən dairələrə xüsusi bir mesaj oldu. 10 dekabrda keçirilən Zəfər paradı həm də xalqımızın 30 illik arzularının reallaşması idi. Xalqımız torpaqlarımız işğal altında olduğu dövrdə yenidən qalib gələcəyimizə inanırdı. Xalqın bu inamını cənab Prezident reallığa çevirdi. Zəfər paradımızdakı hərbi keçid döyüş meydanınnda əldə etdiyimiz və uzun illər xalqımızın arzuladığı qələbənin reallıqda nümayişi oldu. Azərbaycan qalibdir və bundan sonra bütün məsələlərin diqtə edən tərəf biz olacağıq. Bizim isə məqsədimiz döyüş texnikalarımızı modernləşdirmək, ordumuzu gücünü daha da artırmaq və regionun sabitliyinin təminatçısı olaraq, mövqeyimizi daha da möhkəmləndirməkdir”.
Aynurə Pənahqızı Demokrat.az


