Hadisə

Azad edilən ərazilərdə minaya düşərək həlak olan şəxslərin sayı açıqlandı

Azad edilən ərazilərdə minaya düşərək həlak olan şəxslərin sayı açıqlandı

İşğaldan azad oluna ərazilərdə minaya düşərək həlak olan şəxslərin sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Demokrat.az-a bildirilib ki, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub.

Qeyd edilib ki, 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Demokrat.az

D
demokrat.az