“Hazırda münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan reallıqlarla barışmaq istəmir. Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat bunu bir daha sübut edir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib. Deputat qeyd edib ki, Ermənistan tərəfinin növbəti təxribatı heç bir danışıqlara, beynəlxalq müqavilələrə, xüsusilə də, ötən günlərdə Soçidə keçirilən üçtərəfli görüşlərin nəticəsinə uyğun gəlmir:
“Ermənistan tərəfi bu addımı ilə bir daha özünün təxribatçı və işğalçı üzünü ortaya qoydu. Düşünürük ki, Azərbaycan tərəfindən də bu addımın qarşılığı hər bir zaman verildiyi kimi veriləcək. Və beynəlxalq öhdəliklərdən məsul olan qurumlar da Ermənistanın bu addımı ilə bağlı fikirlərini mütləq bildirəcəklər. Qeyd edim ki, Ermənistanın bu kimi addımları bölgədə sülhün təmin edilməsinə maneçilik törədir. Bölgədə böyük quruculuq işlərinin getdiyi bir zamanda Ermənistanın atdığı bu addımlar bir daha söyləyirik ki, nə müharibənin, nə də beynəlxalq müqavilələrin şərtlərinə uyğun gəlmir”.
Aynurə Pənahqızı Demokrat.az


