Sosial

Beynəlxalq Olimpiadada II yeri tutan şagird mükafatlandırıldı — FOTOLAR

Beynəlxalq Olimpiadada II yeri tutan şagird mükafatlandırıldı — FOTOLAR

Dekabrın 6-8-də Bakı şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Yeniyetmələr arasında dəqiq elmlər üzrə “İstedadların hazırlığı laboratoriyası” adlı IV Beynəlxalq Olimpiada keçirilib.

Demokrat.az xəbər verir ki, yeniyetmələr arasında dəqiq elmlər üzrə “İstedadların hazırlığı laboratoriyası” adlı IV Beynəlxalq Olimpiadada Azərbaycan, Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmənistan olmaqla 11 dövlətdən olan yeniyetmələr iştirak edib.

Dekabrın 6-8-də Salyan rayon Gənclər və İdarəsi tərəfindən Olimpiadanın onlayn mərhələsində uğurlu nəticə əldə etmiş Əliağa Kürçaylı adına Salyan şəhər 7 saylı məktəb-liseyin X sinif şagirdi Quliyev Fərid Zaur oğlu Bakı şəhərinə ezam olunub.

Beynəlxalq Olimpiadada uğurla iştirak edən Fərid Quliyev “İstedadların hazırlığı laboratoriyası” Yeniyetmələr arasında dəqiq elmlər üzrə IV Beynəlxalq Olimpiadasında II yerə layiq görülüb. Fərid Quliyev Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Diplom və planşetlə təltif edilib.

Bu gün Salyan rayon Gənclər və İdman İdarəsində Yeniyetmələr arasında dəqiq elmlər üzrə “İstedadların hazırlığı laboratoriyası” adlı IV Beynəlxalq Olimpiadada II yeri qazanmış Salyan şəhər 7 saylı məktəb-liseyin X sinif şagirdi Quliyev Fərid Zaur oğlu ilə görüş keçirilib. Görüş zamanı Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov Quliyev Fəridi təbrik edərək bildirib ki, Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsində bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclik formalaşıb. Salyan gəncləri də öz bilikləri, savadları, istedadları, yüksək intellektual səviyyələri ilə ölkəmizdə bütün sahələrdə və sferalarda seçilirlər.

Sonra Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov Quliyev Fəridi Salyan rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanı təltif edib və ona gələcək həyat yolunda uğurlar arzu edib.

Demokrat.az

D
demokrat.az