Sosial

Ötən gün 30 nəfər toya buraxılmadı

Ötən gün 30 nəfər toya buraxılmadı

Dekabrın 7-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 135 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 129 şadlıq sarayında, altışəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- Altı nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 30 nəfər COVID-19pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Demokrat.az

D
demokrat.az