Hadisə

Rusiya agentliyində çalışan azərbaycanlı jurnalist Xocalının anım günündə işdən çıxarıldı — Anti-erməni MÖVQEYİNƏ GÖRƏ

Rusiya agentliyində çalışan azərbaycanlı jurnalist Xocalının anım günündə işdən çıxarıldı — Anti-erməni MÖVQEYİNƏ GÖRƏ

Rusiyanın "Sputnik" informasiya agentliyinin Azərbaycan bürosunun şef redaktoru Mətin Yaşaroğlu işdən çıxarılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mətin Yaşaroğlunun işdən çıxarılmasının siyasi xarakterli olduğu deyilir.

Jurnalistə yaxın şəxslər deyir ki, Mətin Yaşaroğlu Xocalı soyqırımının anım günü ərəfəsində "Sputnik"-in Moskvadakı baş ofisindən gələn sifarişlə işdən kənarlaşdırılıb.

Hələlik bununla bağlı rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, Mətin Yaşaroğlu Ermənistana qarşı sərt mövqeyi və Azərbaycantəəssübkeşi kimitanınan jurnalistlərdən biri olub.

Demokrat.az

D
demokrat.az