Bolqarıstanın ölkəmizdəki səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib. Bu barədə səfirliyin rəsmi Feysbuk səhifəsində yazılıb. “Bolqarıstanın Bakıdakı Səfirliyi 30 noyabr 2021-ci il tarixində baş vermiş faciəvi helikopter qəzasında həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - başsağlığında qeyd edilir.
Demokrat.az


