Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli sərəncamları iləİsmayıl Sultan oğlu İsmayılov vəİntiqam Vaqif oğlu Babayevgənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.
Modern.azsaytı işdən azad edilən nazir müavinlərinin qısa dosyelərini təqdim edir:
İsmayıl Sultan oğlu İsmayılov1957-ci il 1 yanvardaNaxçıvan şəhərindəanadan olub. 1978–1982-ci illərdəAzərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1984–1988-ci illərdə Moskva Dövlət Mərkəzi Bədən Tərbiyəsi İnstitutunun aspiranturasının"Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası"nı idman məşqçi və müalicə bədən tərbiyəsi ixtisası üzrə bitirib.
1992–1994-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində baş mütəxəssis vəzifəsində işləyib.
1994-1996-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baş təlimatçı vəzifəsində çalışıb.
1996-2006-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında elmi işlər üzrə prorektor vəzifəsində işləyib.
Hazırda 64 yaşı olan İsmayıl İsmayılov 2006-cı ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini vəzifəsinə təyin edilmişdi.
İntiqam Vaqif oğluBabayev22 iyun 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 247 saylı orta məktəbi bitirib. 1991-1996-cı illərdə Bakı
DövlətUniversitetinin Tarix fakültəsində təhsil alıb.Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlayıb.
1998-1999-cu illərdə Gənclər,İdman və Turizm Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin
Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
Hazırda 47 yaşı olan İntiqam Babayev 2000-ci ildən gənclər və idman nazirinin müavini vəzifəsində işləyirdi.


