Sosial

Emin Əmrullayev Putinin nümayəndəsi ilə müzakirələr apardı

Emin Əmrullayev Putinin nümayəndəsi ilə müzakirələr apardı

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi səfir Mixail Şvıdkoyla görüşüb.

Demokrat.azxəbər verir ki, bu barədə E.Əmrullayev özünün "Twitter" hesabındaməlumat yayıb.

“Bu gün Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi səfir Mixail Şvıdkoy ilə görüş keçirdik. Görüş zamanı Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edildi”, - deyə nazir qeyd edib.

D
demokrat.az