Hadisə

Sabirabadda velosipedçini avtomobil vurub

Sabirabadda velosipedçini avtomobil vurub

Sabirabadda 16 yaşlı velosipedçini avtomobil vurub.

APA xəbər verir ki, hadisə Sabirabad rayonunun Həşimxanlı kəndində qeydə alınıb.

“QAZ 24” markalı avtomobil velosiped idarə edən kənd sakini 2005-ci il təvəllüdlü Əkbərli Nicat Vüqar oğlunu vurub.

Ağır kəllə-beyin travması alan yeniyetmə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az