Xarici siyasət

ABŞ səfiri Baydenin Azərbaycanla maraqlandığını bildirdi

ABŞ səfiri Baydenin Azərbaycanla maraqlandığını bildirdi

“ABŞ-ın yeni Bayden administrasiyası Cənubi Qafqazla, Azərbaycanla yaxından maraqlanır”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer deyib.

“Siz ABŞ rəsmilərinin Azərbaycan hökuməti ilə təmaslarını görə bilərsiniz, Blinken Azərbaycan rəsmiləri ilə telefon əlaqəsi saxlayır, bu yaxınlarda Dövlət Departamentindən də səfər oldu”. – səfir vurğulayıb.

Li Litzenberqer Azərbaycan və Ermənistan arasında münasibətlərə də toxunub: “Əlaqələrin normallaşması, iki ölkə arasında münasibətlərin bərpası üçün regionda yeni imkanlar var. Biz ABŞ olaraq bu prosesə dəstək vermək istəyirik”.(apa.az)

Demokrat.az

D
demokrat.az