“44 günlük Vətən müharibəsindən sonra ağır məğlubiyyətə uğramış Ermənistanın bu təxribatları sağlam məntiqə sığan fəaliyyətlər deyil. Bu barədə Ermənistan rəhbərliyi həm siyasi, həm də hərbi rəhbərliyimiz tərəfindən kifayət qədər ciddi xəbərdarlıqlar almışdı. Ancaq görünür ki, onlar nə Tovuz hadisələrindən, nə Vətən müharibəsindən, nə də ondan sonra baş verən proseslərdən hələ də doğru-dürüst nəticə çıxarmayıblar. Əgər onlara söz ilə nəyisə başa salmaq mümkün deyilsə, o zaman Azərbaycan ordusunun qəhrəman oğulları onlara "dəmir yumruq" vasitəsilə ən qısa müddətdə hər şeyi başa salmağa qadirdir”. Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert qeyd edib ki, Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan ilə Ermənistan ordularının güc nisbəti müqayisə ediləcək səviyyədə deyil: 
Aynurə Demokrat.az


