Hadisə

Sumqayıtda 70 yaşlı qocanı maşın vuraraq öldürdü

Sumqayıtda 70 yaşlı qocanı maşın vuraraq öldürdü

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb. "Opel" markalı, 99-CT-842 dövlət qeydiyyat nömrə nişanlı avtomobil yolu keçən 70 yaşlı Abdullayev Mühadib Hümbət oğlunu vurub. Zərbənin təsirindən ağır xəsarətlər alan yaralı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.(report.az)

D
demokrat.az