Gündəm

Polkovnik: “Azərbaycan Ordusu düşmənin istənilən təxribatına layiqli cavab verməyə hazırdır”

Polkovnik: “Azərbaycan Ordusu düşmənin istənilən təxribatına layiqli cavab verməyə hazırdır”

“Son zamanlar Azərbaycan Ermənistanla müəyyən danışıqların olacağı ərəfəsində bu cür atışmalar qeyd alınır”.

Bunu Demokrat.az-a hərbi ekspert,ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Hərbi ekspert qeyd edib ki, bu yaxınlarda iki dövlət arasında sülh müqaviləsinin bağlanması, həmçinin demarkasiya və delimitasiya məsələlərinin həlli istiqamətində baş tutacaq danışıqların olması ərəfəsində olması diqqət çəkir:

“Ermənistanda revanşist qüvvələr, o cümlədən də xaricdə yaşayan erməni diasporları və digər qüvvələr tərəfindən bu hadisələr törədilir. Bunun da əsas məqsədi bu regionda sülhün bərqərar olmasına maneçilik törətməkdir, çünki onlar buna maraqlı deyillər. Bu məqsədlə də regionda gərginlik törədirlər və atəşkəsi pozurlar. Bu gərginliyin yaranmasının əsas səbəblərindən biri də Azərbaycanla Rusiya arasında müəyyən bir soyuqluq yaratmaqdır. Digər tərəfdən isə KTMT-nin üzvü olan Ermənistan istəyir ki, bununla təşkilatın digər üzvlərini bu məsələyə cəlb eləsin. Bu fonda da məhz sülh müqaviləsinin bağlanmasına və digər sülhə doğru yönəlmiş məsələləri ləngitsinlər. Ancaq hesab edirəm ki, Azərbaycan bunun da öhdəsindən gələcək və onların layiqli cavablarını bir daha verəcək.Ermənilər unutmasın ki, onlar hər hansı təxribata əl atsalar, Azərbaycan tərəfi öz dəmir yumruğunu işə salaraq, adekvat cavab verəcək. Hər hansı bir təxribatın qarşısını almağa Azərbaycan Silahlı Qüvvələri həm hazırdır, həm də qadirdir. Düşmənin hər bir təxribatına Azərbaycan Ordusu layiqli cavab verməyə hazırdır. Bunu düşmənin hazırda itkilərə məruz qalmasından müşahidə edirik”.

Aynurə Demokrat.az

D
demokrat.az