Yeni adı Türk Dövlətləri Təşkilatı olan Türk Konseyinin dövlət başçılarının İstanbulda noyabrın 12-də keçirilən Zirvə toplantısında Macarıstanın Baş naziri Viktor Orban da iştirak edib.
Turkustan.azxəbər verir ki,Baş nazir Orban çıxışında Macarıstanın Türk dövlətləri ilə dostluq, qardaşlıq münasibətlərinə, Türk Konseyində iştirakına Avropada bəzi dairələrin xoş baxmadığını söyləyib:“Biz 3 il əvvəl Türk Şurasına müşahidəçi üzv olanda Avropada bəziləri bizə, “barbar Atillanın nəvələri” deyə gülmüşdülər” - deyə, Baş nazir bildirib.
Bu video isə Baş nazir V.Orbanın Qırğızıstandakı Türk Konseyindəki çıxışıdır:
türküstan.az

